BƏDBƏXT HADİSƏ: Gənc oğlan şaxtaya düşdü - FOTO
    • 13-12-2023, 14:00
    • 184

BƏDBƏXT HADİSƏ: Gənc oğlan şaxtaya düşdü - FOTO

Xabarovsk sakini şaxtaya düşüb. 

News24.az xəbər verir ki, bu barədə "Amur Mash Telegram" kanalı məlumat yayıb.

Belə ki, 25 yaşlı kişi sevgilisi ilə Xabarovskda Karl Marks küçəsindəki hündürmərtəbəli binada mənzillərinə qayıdarkən lift xarab olub.

Onları xilas etmək üçün bir lift operatoru gəlib, kabinəni açıb. Xanımı çıxarmağa müvəffəq olsalarda, oğlan 20 metr hündürlükdən şaxtaya düşüb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Nəzrin