Gəncə şəhərində ölkənin ən böyük Daimi Sirk Şapitosu quraşdırıldı! - VİDEO
    • 13-12-2023, 17:21
    • 421

Gəncə şəhərində ölkənin ən böyük Daimi Sirk Şapitosu quraşdırıldı! - VİDEO

Azərbaycanda Sirk sənətin inkişafı məqsədilə və ölkəmizin qərb bölgəsinin istəklərini nəzərə alaraq Gəncə şəhərində “GƏNCLAND” istirahət mərkəzində Beynəlxalq standartlara cavab verən, ölkənin ən böyük daimi SİRK şapitosu artıq quraşdırılıb. Bu barədə məlumatı bizə Ümumdünya Sirk Sənəti Festivalının Ali Mükafatları laureatı, sirk proqramların təşkilatçısı Allahverdi İsrafilov məlumat verib. 

Allahverdi İsrafilov qeyd etdi ki 19 dekabr tarixindən 7 yanvar tarinə kimi "GƏNCLAND" istirahət mərkəzində quraşdırılan daimi SİRK şapitosunda "Yeni il Macərası" adlı Beynəlxalq sirk proqramı təqdim ediləcək. Proqramda dünyaca məşhur sirk artistləri çıxış edəcəklər: onların arasında əyləncəli kloun, akrobatlar, gimnastlar, ekvilibristlər, ayılar və tutuquşular da olacaq. “Yeni il Macərası”  adlı Beynalxalq sirk  həm uşaqlar, həm də böyüklər üçün çox maraqlı və əyləncəli keçəcək və bu tədbir Gəncə şəhəri üçün bir ilk olacaq.

İlk proqram 19 dekabr tarixində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunacaq.

Fiziki biletlərin satışı: 

Gəncə moll 3-ü mərtəbə

Mərkəzi univermaqın qarşısı

Onlayn biletlərin satışı: https://iticket.az/events/kids/circus-new-years-adventure-in-ganjasaytından onlayn əldə edə bilərsiniz.


Əlaqə nömrəsi: 

+99450 997 77 99

+99455 959 12 12