Bakı metrosunda ÖLÜM: Sərnişin qatar yoluna...
    • 14-12-2023, 08:20
    • 364

Bakı metrosunda ÖLÜM: Sərnişin qatar yoluna...

"Memar Əcəmi" stansiyasında sərnişin qatar yoluna düşərək ölüb.

News24.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, hadisə 06:30 radələrində yaşanıb:

"Dərhal relslərdən yüksək gərginlik çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan xanım sərnişini stansiya yolundan təxliyə ediblər. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib" - sitatın sonu.