"Bu da SON..." - Hacı İsmayılov KƏDƏRLƏNDİ
    • 14-12-2023, 13:16
    • 1 220

"Bu da SON..." - Hacı İsmayılov KƏDƏRLƏNDİ

"Xalq artisti Ramiz Məlik Azərbaycan mədəniyyətinin, teatr və kinosunun ən görkəmli nümayəndələrindən biri idi".

News24.az bildirir ki, bu sözləri aktyor, Xalq artisti Hacı İsmayılov deyib.

O bildirib ki, belə bir sənətkarı itirmək mədəniyyətimiz üçün çox ağır bir itkidir:

"Biz dost olmuşuq və  bir çox tamaşalarda tərəf müqabili idik. Yadımdadır ki, onun axırıncı tamaşası "Qürbətdən gələn" idi. O, orada dahi Mirzə Fətəli Axundzadəni ifa edirdi. Onun ad günü olanda teatrın rəhbərliyi ilə birılikdə gedib təbrik eləmişdik. Elə neçə gün idi fikrimdə keçirdi ki, zəng vurum görüm necədir səhhəti. Deyirdim bu gün zəng edərəm, sabah edərəm. Bu da SON... Belə bir sənətkarı itirmək mədəniyyətimiz, teatrımız üçün çox ağır itkidir".

Könül, Aynurə