-
- 14-12-2023, 14:05
- 208
Putin sülhün şərtini açıqladı: "Rusiya bu məqsədinə çatsa..."
Rusiya öz məqsədlərinə çatdığı zaman Ukrayna ilə sülh olacaq.
News24.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ilin yekun mətbuat konfransında çıxışı zamanı deyib.
“Xüsusi hərbi əməliyyatın məqsədləri dəyişməz olaraq qalır. Bunlara denazifikasiya, demilitarizasiya və Ukraynanın neytral statusu daxildir. Müasir Ukraynanın qəhrəmanları Kiyevdə ayaqda alqışlanan keçmiş SS əsgəri Stepan Banderadır”, - Putin bildirib.
Dekabrın 14-də Putin birbaşa təmasla ili yekunlaşdırır.
Kreml sözçüsü Dmitri Peskovun sözlərinə görə , xüsusi hərbi əməliyyat mövzusu daha çox ictimai maraq doğurur.
Ayşən