"Qərb dövlətləri Rusiyanı özünə tabe etmək istəyir"
    • 17-12-2023, 12:22
    • 189

"Qərb dövlətləri Rusiyanı özünə tabe etmək istəyir"


Qərb dövlətləri böyük Rusiyanın lazım olmadığına inanaraq onu parçalamaq, özünə tabe etmək istəyirlər.

R TV xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

"Reallıq budur və sonralar mən buna tam 100% əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra Qərb siyasətçiləri hesab edirdilər ki, biz bir az səbirli olmalıyıq, indi Rusiyanı tamamilə çökdürəcəyik”, - deyə Putin bildirib.

O əlavə edib ki, Avropa standartlarına görə belə kifayət qədər böyük ölkə - dünyanın ən böyük ərazisi və digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər çox əhalisi olan dövlət ümumiyyətlə lazım deyil.

"ABŞ-ın tanınmış siyasi xadimi (ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev) Bjezinskinin təklif etdiyi kimi, onu beş yerə bölmək və bu hissələri ayrıca tabe etmək və resurslardan istifadə etmək daha yaxşıdır".

Aslan Nadiroğlu