-
- 17-12-2023, 17:48
- 249
Odlu silahlar polisə təhvil verildi
Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 11 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 59 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.