Lənkəran sakinlərindən qanunsuz silahlar götürüldü
    • 28-01-2022, 11:42
    • 418

Lənkəran sakinlərindən qanunsuz silahlar götürüldü

Lənkəran sakinlərindən qanunsuz saxladıqları odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Əliyev, B.Əzizovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.