4 ildən sonra başına yenə eyni hadisə gəldi
    • 15-12-2023, 22:43
    • 296

4 ildən sonra başına yenə eyni hadisə gəldi

Türkiyə milli komandasının futbolçusu Yusuf Yazıcının evində oğurluq olub.

News24.az "Unikal"a istinadla xəbər verir ki, UEFA Avropa Konfrans Liqasında keçirilən “Lill” - “Klaksvik” matçı əsnasında milli futbolçunun evi oğrular tərəfindən qarət edilib.

Yusuf Yazıcının lüks saatları, paltarları və dəyərli əşyaları oğurlanıb.

Xatırladaq ki, 31 dekabr 2019-cu ildə də futbolçunun başına eyni hadisə gəlib. Evinə girən oğrular qiymətli əşyalarla yanaşı Yusifin avtomobilini də oğurlayıblar.