Tramp xəbərdarlıq etdi: fəlakət baş verəcək
    • 19-12-2023, 10:57
    • 257

Tramp xəbərdarlıq etdi: fəlakət baş verəcək" - Tramp

“ABŞ Yaxın Şərqin tamamilə nəzarətdən çıxmasına icazə verib. İndi həqiqətən pis şeylər baş verir, lakin onların qarşısını almaq olar. Güc və dəqiqliklə mübarizə aparmasanız, fəlakət baş verə bilər”.

News24.az xəbər verir ki, bu barədə ABŞ-nin sabiq prezidenti Donald Tramp “Truth” sosial şəbəkə səhifəsində qeyd edib.

Tramp Yaxın Şərqdəki vəziyyəti şərh edib.

Eks-prezident əlavə edib ki, bu bəyanat Ukraynadakı münaqişəyə də aiddir: “ bəlkə də daha böyük ölçüdə”.

Bundan əvvəl Tramp ABŞ-nin hazırkı prezidenti Co Baydenin Ukrayna və İsraillə bağlı qərarlarını tənqid edib. O, dövlət başçısının siyasətini hərbçinin dəliliyi adlandırıb.

Tramp hesab edir ki, Bayden Yaxın Şərqdə münaqişənin qızışmasına icazə verib.

Ayşən