KTMT-nin baş katibi İrəvana səfər edəcək
    • 20-12-2023, 12:46
    • 145

KTMT-nin baş katibi İrəvana səfər edəcək

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-də İrəvana səfər etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

2023-cü il dekabrın 21-də KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun İrəvana səfəri planlaşdırılır. Səfər çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçiriləcək. 

Xarici İşlər Nazirləri Şurasının, KTMT Şurasının 2023-cü ilin noyabrında Minskdə keçirilən Sessiyasının Birgə İclasının nəticələrinin müzakirəsi gözlənilir.

Ayşən