Şuşaya giriş-çıxışa məhdudiyyət qoyulub? -RƏSMİ AÇIQLAMA
    • 20-12-2023, 15:28
    • 491

Şuşaya giriş-çıxışa məhdudiyyət qoyulub? -RƏSMİ AÇIQLAMA

Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında deyilir.

Qeyd olunub ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

“Bildirik ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”.