Aydın Sanidən xanım müğənnilərə SƏRT İSMARIŞ
    • 20-12-2023, 22:24
    • 411

Aydın Sanidən xanım müğənnilərə SƏRT İSMARIŞ


“Sabah da adamın yanından elə keçirlər, sanki alçaq dağları bunlar yaradıb”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Aydın Sani “Tarixin bir günü” verilişində deyib.

Sənətçi geyimini bilməyən xanım müğənnilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:

“Pijama”da efirə çıxmaq nə deməkdir? Camaat zibilini atmaq üçün bloka belə o geyimlə çıxmır.

Sən xalqımın düşüncəsi ilə oynayırsan? Bunu deməliyk. Sonra adama deyirlər, sən niyə susursan? Axı sənin danışmaq haqqın var.

Bir az özünüzə gəlin, özünüzü yığışdırın. O qədər ədəbi-əxlaqı ilə seçilən xanım müğənnilərimiz var ki…

Mən hərdən onları qınayıram. Deyirəm, siz meydanda deyilsiniz, meydanı vermisiniz onlara.

Onlar da hoppanıb-düşürlər, gündəmə gəlirlər. Sabah da adamın yanından elə keçirlər, sanki alçaq dağları bunlar yaradıb”.