Roza buna görə belə arıqlayıb
    • 21-12-2023, 12:05
    • 266

Roza buna görə belə arıqlayıb

Müğənni Roza Zərgərli arıqlamağının sirrini açıqlayıb.

News24.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Gül kimi" şouda bu haqda sualları cavablandırıb. O bildirib ki, mədəqatlama əməliyyatı etdirib:

"Çəkim icazə vermirdi ki, mədəmi kəsdirim. Həm də mədə kəsdirəndə saç tökülür, çoxlu vitamin içməlisən. Ayağımda da problem var, kökəlmək olmaz. Bir versiyam var idi, mədəqatlatma etdirmək. 13 kiloqram çəki atmışam. Qalıb 5 kiloqramım".