Suğra İmanovanı avtomobil VURDU
    • 22-12-2023, 10:32
    • 463

Suğra İmanovanı avtomobil VURDU

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report-a istinadla xəbər verir ki, Avtomobil dayanacaqda avtobus gözləyən 1996-cı il təvəllüdlü İmanova Suğra Nazim qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.