SEPAH iki aparıcıya sui-qəsd planlaşdırdı
    • 22-12-2023, 14:29
    • 259

SEPAH iki aparıcıya sui-qəsd planlaşdırdı

SEPAH iki iranlı aparıcıya sui-qəsd planlaşdırıb.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) casusları 2022-ci ilin oktyabrında insan alveri ilə məşğul olan şəxsə “İran İnternational” kanalının hazırkı aparıcısı Fərdad Fərəhzadı və keçmiş aparıcısı Sima Sabetini 200 min dollar müqabilində öldürməyi təklif ediblər, ancaq ikili casus olan muzdluların bu sui-qəsd planı ifşa edilib. 

Məlumata görə, ötən ilin payızında “İran İnternational”ın Londonda yerləşən ofisinin önündə bomba yüklü avtomobil partlamalı idi, kanalın binasının ətrafında təhlükəsizlik qüvvələrinin olması səbəbindən bu plan iki iranlı aparıcını öldürməklə dəyişdirilib. 

Planı ifşa edən şəxs bildirib: “SEPAH qüvvələri mənə dedilər ki, kanalın aparıcıları İran hökumətini mediada aşağılayıb, onların öldürülməsi bir ibrət dərsi olacaq”.

Terror planının arxasında SEPAH-ın yüksək rütbəli komandirlərindən olan Məhəmmədrza Ənsarinin olduğu bildirilib.

Nəzrin