-
- 23-12-2023, 20:46
- 705
TƏCİLİ!!! İş adamına küçədə Silahlı HÜCUM - FOTO
Türkiyədə iş adamı qətlə yetirilib.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə İstanbulun Pendik qəsəbəsində baş verib. Məlumata görə, 37 yaşlı iş adamı Emrah A. pul çıxarmaq üçün bankomatın qarşısına gedib. Bankomatda pul çıxararkən naməlum şəxs arxadan hücum edərək odlu silahdan ona atəş açıb.
Daha sonra cinayətkar ərazidən qaçıb. Hadisə yerinə gələn həkimlər Emrah A.-nın öldüyün müəyyən ediblər.
Hazırda qətli törədənin tapılması üçün axtarış işləri keçirilir.