Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi
    • 24-12-2023, 12:13
    • 204

Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi

Almaniyanın keçmiş kansleri Helmut Şmidtin (1974-1982) Hamburq qəbiristanlığındakı məzarı üzərinə naməlum şəxslər nasist simvolları çəkiblər.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə DPA agentliyi yerli polisin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü axşam saatlarında baş verib. Şənbə günü Şmidtin anadan olmasının 105 illiyi tamam olub.

Hadisənin başvermə şəraiti və həmin şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Qəbir daşı təmizlənib.