Rusiyada məktəbdə atışma: 3 şagird ÖLDÜ
    • 26-09-2022, 12:12
    • 387

Rusiyada məktəbdə atışma: 3 şagird ÖLDÜ

İjevskdə məktəbdə baş verən atışmada 3 uşaq həlak olub.

News24.az xəbər verir ki, bu  barədə  "BAZA" teleqram kanalı məlumat yayıb. 

Bildirilir ki,hücum edən şəxs nasist simvolları olan köynək geyinib.

***

11:31


Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma olub.

News24.az xəbər verir ki, hadisə İjevskin 88 saylı orta məktəbində baş verib. Bildirilir ki,  insidentdə  3 nəfər yaralanıb, bir mühafizəçi ölüb. 

Hazırda şagirdlər və müəllimlər təcili olaraq binadan təxliyə edilir.

Hadisə yerinə polis, milli qvardiya və təcili yardım gəlib./Unikal/