-
- 10-04-2019, 14:53
- 625
Mətbuat maarifləndirməli, yoxsa intiharı tirajlamalıdır? - AKTUAL MÖVZU
Mətbuatda yayımlanan “qara xəbərlər”in oxucuların psixologiyasına mənfi təsir etdiyini etiraf etməliyik. Elə bu gün də 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intihar videosunun mətbuatda yayımlanması əhali arasında ciddi reaksiyalar doğurub. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir. Məktəblinin halına acıyanlar kim, təhsil ocağını tənqid edənlər kim, videonu yayan mətbuatı qınayanlar kim...
Çoxları bu cür videoların yayılmasının insanlar, xüsusilə də sensitiv yaş dövründə olan yeniyetmələr arasında intiharı təbliğ etdiyini deyir. Tərəflər videonu mediaya yayanı, istintaqçını, ya da məktəb təhlükəsizlik sisteminin əməkdaşı və onu ictimailəşdirən ilk media qurumunun cəzalandırılmasını tələb edir. Fikrimcə, haqlıdırlar da.
News24.az bildirir ki, maraqlıdır, neqativ xəbərlərin yayımlanması ilə bağlı problem təkcə Azərbaycandamı həll olunmamış qalıb? Bəs, Avropada durum necədir?
Avropa təcrübəsi
Çoxları belə düşünür ki, guya Avropada belə olaylar baş vermir. Əlbəttə ki, baş verir, sadəcə, bu xəbərlər əksərən tirajlanmır.
Dünyanın ən inkişaf etmiş ölkəsi sayılan İsveçrədə yaşayan həmyerlimiz, yazıçı Əli Əkbər deyir ki, elə İsveçrənin özündə intihar edənlərə qarşı fərqli münasibət göstərilir. İntihar edənlərin statistikası haqda ictimaiyyətə məlumat verilmir. Ölkə mediası da baş vermiş intihar, qəza və cinayət hadisələrini tirajlamır. Nadir kriminal hadisə olar ki, mətbuatda işıqlandırılır.
Əli Əkbər bildirir ki, İsveçrədə dövlətlə media əlbir işləyir: “Burada senzuradan söhbət getmir. Olsa-olsa, bu, daxili senzuradır. İsveçrəlilərin qanını qaraltmamaq üçün, psixikasını pozmamaq üçün, ölkənin imicini qorumaq üçün gizlədirlər. Pis xəbərlərin mətbuata çıxışına senzura tətbiq edirlər. İsveçrə dağlıq ölkədir. Xeyli maşın uçurumdan aşır. Sükan arxasında tanınmış cənab, yaxud xanım deyilsə, bu, xəbər mövzusu olmur. Bu yaxınlarda avtobanda dəhşətli qəzaya şahid oldum... Maşınlar havaya qalxıb, yerə çırpıldı. Birinin içindən də hətta bir nəfər bayıra uçdu. Ertəsi gün qəzanı xatırlayanda İsveçrədə baş vermiş bütün qəzaların yer aldığı polisin onlayn məlumat bazasında baxdım. Qəzanın başvermə günü, saatı və yerini daxil etdim. Həmin gün baş vermiş qəzaların siyahısında bu qəza yoxdur. Gün ərzində baş vermiş 2-3 yüngül qəza yerləşdirilib, amma bu cür ağır qəza haqda məlumat daxil edilməyib... Azərbaycanda da bu tip xəbərləri 90 faiz azaltsalar, insanların psixikası düzələr”.
Qadağa mütləqdirmi?
Hər dəfə bu cür hallar gündəmə gəldikdə bizi bir sual düşündürür: “Bu cür xəbərlərin tirajlanmasının qarşısı niyə alınmır?”
Qeyd edək ki, sovetlər dövründə də İsveçrədə olduğu kimi ölkə ərazisində baş vermiş cinayət, intihar və qəza hadisələrinin əksəriyyəti gizlədilirdi. Və bu, cəmiyyət tərəfindən "həqiqətlər ictimaiyyətdən gizlədilir" deyə qınanılırdı da. İsveçrə təcrübəsi isə göstərir ki, bu cür yanaşma əslində insanların zərərinə deyil, faydası üçün edilirmiş.
Bir arada müzakirələr başlanmışdı ki, kriminal xəbərlərin yayımlanması doğru deyil, cəmiyyət bundan heç də yaxşı nəticə əldə etmir. Lakin müzakirələr qısa zaman ərzində səngidi.
Düşünürlər ki, mətbuat hər şeyi yaymalıdır, ancaq doğru deyil. Etik meyarının gözlənilməməsi media üçün ümumi problem sayılır. Mövzunu necə işıqlandırmaq məsələsi var. Buna xüsusi diqqət edilməlidir. Bu cür xəbərlərin yayımlanmasında həssaslıq göstərmək lazımdır.
Bu, peşəkarlıq deyil!
Media eksperti Ələsgər Əhmədoğlu deyir ki, jurnalistlər xəbərləmə funksiyasını həyata keçirərkən hüquq və etik davranış qaydalarının çərçivəsində qalmalıdırlar. Əks halda, onların peşəkarlıqları ciddi sorğulana bilər.
Media eksperti bildirir ki, Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 3.11 bəndində birbaşa intiharla bağlı informasiya paylaşan jurnalistin necə davranacağı göstərilib: "...intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməli".
KİV haqqında Qanunun 11-ci maddəsinin 4-cü bəndi də yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol vermir. İntihar hadisələrinə dair xəbərlər yayılarkən xüsusi diqqət edilməsini vurğulayan Ə.Əhmədoğlunun fikrincə, intihar hadisələrinə dair informasiyalar daha çox nəticələrinin yaratdığı üzüntülər aspektindən ələ alınmalıdır: «Çünki, intiharın "yoluxucu" effekti də var. Başqaları bu nəticələri görərək intihara meyilli olsalar belə, bu yola getməsinlər deyə. İntihar anının videosunu paylaşmaq etik deyil. (nadir istisnalar ola bilər, məsələn şəxsin intihar etməyib, öldürüldüyü və bu məqsədlə bir başqasının suçlanması halında, gerçək intihar anının görüntüsü ictimai əhəmiyyət kəsb edə bilər. O zaman da yenə başqa məhdudiyyətlər nəzərə alınaraq yayıla bilər). Ayrıca, intihar edən şəxsin azyaşlı olmasını nəzərə aldıqda, onun adı, şəxsiyyətini eyniləşdirən digər informasiyalar, görüntüsü, şəkli paylaşılmamalıdır».
Son olaraq deyə bilərik ki, yaxşı olardı ki, mətbuat bu tip hadisələri verəndə onun qeyri-insanı, vəhşi, iyrənc təbiətini qabartmaqdan daha çox bu tip hadisələrin qarşısının alınmasına, onu törədən səbəblərin nədən ibarət olmasına dair ailəvi ekspertlərin, mütəxəssislərin iştirakı ilə maarifləndirici materialların hazırlanmasına üstünlük verməlidir.