Elina Hacıyevanın intiharı ilə bağlı YENİ MƏLUMAT
    • 28-02-2020, 12:42
    • 1 493

Elina Hacıyevanın intiharı ilə bağlı YENİ MƏLUMAT

Keçən il Bakı şəhər Səbail rayonu Bayıl qəsəbəsində yerləşən məktəbdə özünü pəncərədən ataraq intihar edən Hacıyeva Elina Ədalət qızının təhsil aldığı məktəbin direktoru ilə bağlı Ali Məhkəməyə müraciət edilib.

News24.az-ın məlumatına görə, müraciətdə direktor Abbasova Sevinc Kamil qızı barəsində daha əvvəl verilmiş məhkəmə qərarının dəyişdirilməsi və cəzanın ağırlaşdırılması tələb edilib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. 

Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni, səhlənkarlıq - ölümə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə təqsirləndirilmiş S.Abbasovaya şərti cəza verilib.

Qeyd edək ki, məktəb direktoru 8-ci sinif şagirdi olan Elinanın intiharında yox, məktəbə təcili tibbi yardımın vaxtından gec çağırılmasına görə təqsirli bilinib.