-
- 25-12-2023, 12:59
- 320
Kişilərə XƏBƏRDARLIQ: Xanımlarla görüntülü danışmayın
Azərbaycanda yeni dələduzluq növü aktivləşib.
News24.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu haqda texnobloqer Fərid Pərdəşünas xəbərdarlıq edib.
Texnobloqer dələduzların canlandığını müşahidə etdiyini bildirib: "Kişiləri hədəfləyən və intim görüntülərini çəkib yayan bolqar dələduzluğunun bu aralar yenidən canlandığını müşahidə edirəm. Vətəndaşlara sosial şəbəkələrdən tanış olduqları xanımlarla görüntülü danışıqlarda intim yerlərini nümayiş etdirməməyi məsləhət görürəm. Əks halda ömürlük kiber şantajın qurbanı oalcaqsınız".
F.Pərdəşünas bildirib ki. zərərçəkənlər çox pis vəziyyətdədir: "Aylıq pul ödəyirlər ki, videolarını dostlarına və ailəsinə göndərməsinlər".