Yanan yataqxananın 3-cü mərtəbəsindən özünü atan sakinin AQİBƏTİ
    • 10-04-2019, 15:54
    • 703

Yanan yataqxananın 3-cü mərtəbəsindən özünü atan sakinin AQİBƏTİ

Xəbər verdiyimiz kimi, bu gün Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusda baş verən yanğın zamanı 45 yaşlı sakin həyəcandan özünü yataqxanadan atıb.

News24.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə özünü yataqxananın 3-cü mərtəbəsindən yerə atan Məstanov Kazımovun vəziyyəti stabildir. Bu haqda əməkdaşımıza zərərçəkənin qohumu Həsənov Marif məlumat verib. Onun bildirdiyinə görə həkimlər M. Kazımovun zərbə ilə yerə dəydiyi üçün çoxlu əzik zədələri aldığını, lakin qorxulu heç nə olmadığını deyiblər.

Afaq MİRAYİQ