Neftçidən gedən rəhbər şəxslərin sırasına o da qoşuldu – SON DƏQİQƏ!
    • 26-12-2023, 11:55
    • 172

Neftçidən gedən rəhbər şəxslərin sırasına o da qoşuldu – SON DƏQİQƏ!

«Neftçi»də yeniliklər bir-birini əvəz edir.

News24.az sportinfo-ya istinadla xəbər verir ki, Aylar öncə kommersiya direktoru təyin olunan Rüstəm Allahverdiyevin ardınca Zaur Əzizov da paytaxt klubu ilə vidalaşıb.

2021-ci ilin dekabrında «Qəbələ»dən gələn təcrübəli funksioner öz istəyi ilə iş yerindən ayrılıb.

"Neftçi"də kölgəyə çəkilən tanınmış funksioner köhnə iş yerinə qayıdacaq?

13 il ərzində əyalət təmsilçisində baş menecer kimi fəaliyyət göstərmiş Əzizov "Neftçi"də idman direktoru olaraq bu ilin yayınadək çalışa bildi.

Daha sonra onu Yens Andersson əvəzlədi.

İsveçli funksioner sentyabrda yeni görəvinin icrasına başlayınca, o, akademiya üzrə müavin qismində işini davam etdirirdi.