"Neftçi" türkiyəli futbolçu ilə vidalaşıb
    • 23-06-2023, 20:20
    • 199

"Neftçi" türkiyəli futbolçu ilə vidalaşıb

"Neftçi" mövsümlərarası fasilədə daha bir futbolçu ilə vidalaşıb.

Klubdan News24.az-a verilən məlumata görə, türkiyəli müdafiəçi Mert Çeliklə yollar ayrılıb.

"Ağ-qaralar" Türkiyənin "Başakşehir" komandasından icarəyə götürdüyü 23 yaşlı oyunçu ilə sözləşməni uzatmayıb.

Mert Çelik 2020-ci ilin sentyabrından bu yana “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Sezar Meza Kolli və Vato Arveladze ilə əməkdaşlığa son qoyub.