Neçə yaşından sonra kardioloqa müraciət etmək lazımdır?
    • 26-12-2023, 21:15
    • 192

Neçə yaşından sonra kardioloqa müraciət etmək lazımdır?

Müəyyən yaşa çatdıqdan sonra ürəyinizə xüsusi diqqət yetirmək lazımdır.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə kardiloq Oksana Nilova "RuNews24-ə müsahibəsində danışıb. Mütəxəssis qeyd edib ki, ilk növbədə, 40 yaşlı kişilər və qadınlar bədənin əsas orqanının sağlamlığı haqqında düşünməlidirlər.

"40 yaşdan yuxarı bütün kişilər müntəzəm müayinələrdən keçməlidirlər. Söhbət qadınlardan gedirsə, o cümlədən 40+, həmçinin erkən menopozlu xəstələr böyük risk altındadırlar", - həkim vurğulayıb.

Bununla belə, Nilova qeyd edib ki, həkim nəzarətindən keçmək üçün yaş yeganə meyar olmamalıdır. Digər risk faktorlarını, məsələn, ağırlaşmış irsi xəstəliklərin və digər əks təsirlərin mövcudluğunu nəzərə almaq lazımdır.