-
- 27-12-2023, 13:22
- 203
Husilər İrana səsləndi: "cavab ver, əgər sussan...."
Yəmənin “Ənsarallah” qruplaşması (Husilər) Qırmızı dənizdə bir ticarət gəmisini raketlərlə hədəfə aldıqlarını və PUA-larla İsrailin hərbi məntəqələrini vurduqlarını açıqlayıb.
News24.az xəbər verir ki, Husilərin sözçüsü Yəhya Səri Qırmızı dənizdə “MSC United” adlı ticarət gəmisini raketlə vurduqlarını deyib.
Səri bildirib ki, ekipaj Husilərin xəbərdarlıq atəşinə məhəl qoymaması nəticəsində gəmi hədəfə alınıb.
Qruplaşmanın sözçüsü İsrailin Qırmızı dənizin Əqabə körfəzi sahilində yerləşən Eylat şəhəri və digər ərazilərinə PUA-larla zərbələr endirdiklərini də iddia edib.
Husilərin siyasi qanadının rəsmi nümayəndəsi Əbdüssalam Cahaf İrana çağırış edərək, Tehranın İsrailə cavab verməli olduğunu söyləyib:“İran öz adamlarını hədəfə alaraq həddi aşmış sionistlərə cavab verməlidir”.
Cahaf qeyd edib ki, İranın hücuma görə qisas almaqdan başqa çarəsi yoxdur. Onun sözlərinə görə, İran sussa və hücumu cavabsız qoysa, hamının gözündə müharibə ilə üzləşməkdən qorxan, alçaldılmış bir ölkə obrazı canlanacaq.
“Məlumdur ki, müharibənin böyük nəticələri olur, amma susmağın nəticələri daha da böyük olacaq, cavab vermək hüququnuzu özündə saxladığınızı bəyan etmək heç bir şəkildə ağıllı deyil, çünki bu, ümumiyyətlə cavab verməmək deməkdir”, - Cahaf vurğulayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin köməkçisi, general Razi Musəvi dekabrın 25-də Suriyada öldürülüb.
Ayşən