İmişlidə FACİƏ: 10 yaşlı uşaq kanalda batdı
    • 27-12-2023, 14:49
    • 304

İmişlidə FACİƏ: 10 yaşlı uşaq kanalda batdı

İmişli rayonunun Qaragüvəndikli kəndində su kanalında batan 10 yaşlı uşağın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Bu barədə News24.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.