-
- 27-12-2023, 18:45
- 220
Koçaryana qarşı cinayət işinə xitam verildi
Ermənistanın eks-prezidenti Robert Koçaryana qarşı cinayət işinə xitam verilib.
News24.az xəbər verir ki, bu qərarı Anna Danibekyanın sədrlik etdiyi ümumi yurisdiksiya məhkəməsi qəbul edib.
“Bu iş üzrə iddia müddəti may ayında başa çatsa da, dekabrın 26-da ikinci prezidentin vəkilləri cinayət işinə xitam verməyə razılaşıblar”, - deyə prokuror bildirib.
Qeyd edək ki, Robert Koçaryan və baş nazirin keçmiş müavini Armen Gevorkyan eyni cinayət işi üzrə təqsirləndirilir. İkinci prezident iş adamı Silva Ambartsumyandan külli miqdarda rüşvət (3 milyon dollar) almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunub.
Ayşən