"Vaxt itirməli deyilik"
    • 28-12-2023, 20:10
    • 172

"Vaxt itirməli deyilik"

"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu Hotspur təmsilçisinin qış transfer pəncərəsindəki planlarını açıqlayıb.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, yunan əsilli avstraliyalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Transfer bazarında operativ hərəkət etməliyik. Kristian Romeronu itirdiyimiz üçün (zədə səbəbindən 4-5 həftə oynamaycaq -red.) demirəm. Sadəcə, vaxt itirməli deyilik. Gözaltı etdiyimiz oyunçuları mümkün qədər tez transfer etməliyik".

Qeyd edək ki, 18 tura 35 xal toplayan "Tottenhem" İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Hotspurlular lider "Liverpul"dan 6 xal geri qalırlar.