Messinin paylaşımı maraqla QARŞILANDI - FOTO
    • 29-12-2023, 00:09
    • 285

Messinin paylaşımı maraqla QARŞILANDI - FOTO

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi sosial şəbəkə hesabında həyat yoldaşı Antonela Rokkutso ilə birgə idman zalından fotosunu paylaşıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu görüntülər izləyiciləri tərəfindən maraqla qarşılanıb. Fanatlar Leonun fiziki məşqlərə başlmasına seviniblər. Çünki futbolçu əvvəlki illərdə buna üstünlük vermirdi.

Görünür Messi fevralda başlayacaq yeni mövsümə hazır olmaq və çempionatın gedişində fiziki problemlər yaşamamaq üçün belə addım atmaq qərarına gəlib.

Xatırladaq ki, Lionel Messi ötən yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi "İnter"ə keçib. 36 yaşlı futbolçu yeni komandasında bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub, 5 məhsuldar ötürmə edib.