Baş nazirin intihar fikrindən daşındırdığı şəxs belə xilas edildi - VİDEO
    • 30-07-2018, 12:22
    • 864

Baş nazirin intihar fikrindən daşındırdığı şəxs belə xilas edildi - VİDEO

Səhər saatlarında Bakıda intihara cəhd olub. 

Hadisə metronun "Koroğlu” stansiyasındakı körpüdə baş verib. Körpüyə çıxan bir nəfər özünü atacağı ilə hədələyib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. 

İntihara cəhd edən şəxslə aparılan psixoloji söhbətdən sonra o, fikrindən daşındırılıb. 

İntihara cəhd zamanı Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac yaranıb. Bakı Nəqliyyat Agentliyindən REAL-a verilən məlumata görə, tıxac əsasən Heydər ƏLiyev prospektinin "Atəşgah" dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilib.

Qeyd edək ki, Bakıda intihar edən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb. Səhər tezdən baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, başqa yolla gəlməsinə baxmayaraq hadisəni eşidən kimi göstəriş verib və kortec hadisə olan yerə, yəni körpünün yanına gedib. 

Baş nazir intihara cəhd edən şəxslə telefon əlaqəsi yaradıb. Baş nazir telefon danışığı nəticəsində intihara cəhd edən şəxsin probleminin nədən ibarət olduğunu, ona necə kömək edəcəyini soruşub. Cənab Novruz Məmmədov həmin şəxslə həm də psixloji söhbət edib.

Baş nazirin telefon danışığı zamanı məlum olub ki, inthara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur: "Yaşar Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək bu çıxış yolunu gördüyünü bildirib.

Baş nazirlə danışdıqdan Y.Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub.

REAL.TV