-
- 30-12-2023, 11:35
- 136
Sinan Oğandan MARAQLI TƏKLİF - "Xankəndidə keçirilsin"
Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan Türkiyə Superkubokunun Xankəndi stadionunda keçirilməsini təklif edib.
News24.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Siyasətçi Türkiyənin “Fənərbağça” və “Qalatasaray” klubları arasında Ər-Riyadda planlaşdırılan oyunun ləğvi ilə bağlı insidenti şərh edib.
“Əgər ancaq xaricdə oynamaq istəyirsənsə, Xankəndidəki stadionu tövsiyə edirəm. Əks təqdirdə, bu matçı paytaxtda keçirmək daha yaxşıdır”, - türkiyəli siyasətçi qeyd edib.