-
- 19-09-2023, 19:20
- 391
Sinan Oğandan Xankəndi PAYLAŞIMI
“Azərbaycan Qarabağda Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə lokal antiterror tədbirlərinə başlayıb”.
News24.az xəbər verir ki, bu sözləri Türkiyəli siyasətçi Sinan Oğan özünün sosial media hesabında yazıb:
“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazisində “boz zonalar” yaratmağa çalışan ermənilər bunun mümkün olmadığını başa düşməlidirlər. Türk milləti tamamilə Azərbaycanın tərəfindədir. Xankəndi də daxil bütün ərazilər erməni terrorçularından təmizlənəcək. Zəngəzurda tarix öz axarına qayıdacaq”.