-
- 2-07-2018, 10:30
- 2 313
Çörəyini zibillikdən çıxaran QADIN - VİDEO
Həyatını yollarda və zibillikdə keçirən qadın... Yollar onun yol yoldaşı, zibilliklər isə ona doğma olan iş yeridir. Qışın soyuğu, yayın istisi bu qadına halal çörəyini qazanmaqdan usandırmır.
Onun üçün alın təri, halal zəhmət və ən əsası təmiz QADINadı hər şeydən üstündür... Amalı evinə bir tikə çörəy aparsın və övladlarını sevindirsin...
Həm süjetimizin, həm də öz həyatının qəhrəman anasıyla sizi tanış edim. O zərif və dəyanətli qadın, Raisa Babayevadır.. Babayeva daha çox Firuzə kimi tanınır.
Əvvəlcə onun keşməkeşli həyatına qısa nəzər salaq:
“ 24 yaşında həyat yoldaşımı itirdim, balaca qızım qucağımda 9 aylıq idi. Nə yoldaşım, nə də öz doğma qohum-əqraba tərəfdən heç bir köməklik görmədim. Axırım da belə gətirdi. Günüm işləməklə keçirdi. Bir zamanlar Gəncədə pambıq zavodunda işlədim, ora da bağlandıqdan sonra gözümdə xəstəlik yarandı və sol gözümün görmə qabiliyyətini itirdim. Sonra Bakıda süpürgəçi işlədim və işlədiyim yer də bağlandığı üçün ordan da çıxdım. Ürək ağrılarım yaranmağa başladı, ondan sonra bir müddət işləyə bilmədim. Ailənin yükü mənim üzərimdə olduğü üçün məcburən işləməyə başladım. Çox əziyyət çəkdim. Gecə-gündüz işlədim”.
R.Babayevanın gündəlik iş həyatına gəldikdə isə:
“Səhər saat 8-də Sumqayıtdan çıxıram, 9-da Bakıda oluram. Saat 6-da işdən çıxıram və axşam saat 8-də evdə oluram. Tezdən çıxıram, qoca arvad, ac çöllərdə... İstəmirəm övladlarım evdə ac qalsın. Sağolsun mağaza sahibləri də mənə lazım olan tullantıları yığıb verirlər. Bu plastik tullantıların 1 kiloqramı 50 qəpikdir. Gündəlik 6-7 manat pulum olur. Məndən başqa evə heç kim pul və bazarlıq etmir. Heç kesdən nə bir qəpik pul, nə də bazarlıq görmüşəm. Sağolsun o insanlar ki, bəzən öz maddi yardımlarını əsirgəmirlər. 1, 3, 5 manat verənlər olur. Ramazan bayramında 20-30 manat pul verdilər. Mən heç kimdən utanmıram, ya da kiməsə əlimi açıb pul dilənmirəm.
Öz halal zəhmətimlə pul qazanıram. Kim pul verirsə götürürəm, amma kimdənsə məcbur edib pul almaram. Öz namusumla, zəhmətimlə həyatımı zibilliklərdə keçirsəm də, evimə halal zəhmətimin bəhrəsini aparıram. Heç kimə də ehtiyacım yoxdur. Bir də, istər qohum-əqraba, istərsə də, məni bu yollarda görüb tanıyan insanlar heç biri mənə demədi gəl bizimlə işlə, evimi təmizlə, hər hansısa bir iş yerində süpürgəçi ol.. Heç kim demədi... Heç kim!”.
Raisa ananın öz evi yoxdur, başqasının evində müvəqqəti olaraq qalır. Qəhrəmanımızın ən böyü arzusu isə şəxsi mənzilinə sahib olmaqdır: “İstərdim sağlığımda öz evim olsun, öləndə də tabutum öz evimdən çıxsın”.
Müxbir: Elvin Nüsrətoğlu
Videooperator: Nurlan Gülməmmədov