-
- 1-01-2024, 15:51
- 542
Saatlıda canavar kəndə hücum etdi
Saatlı rayonunun Qara Nuru kəndində bir neçə canavar xırdabuynuzlu heyvan təsərrüfatına hücum edib. Nəticədə 14 baş heyvan tələf olub, daha 8 baş isə yaralı vəziyyətə düşüb.
News24.az axar.az-a istinadən bildirir ki, hadisə səhər saat saatlarında kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfatda qeydə alınıb. O, səhər vaxtı təsərrüfatda heyvanların yaralı və ölü vəziyyətdə olduğunu görüb.
"Yaxınlaşıb baxanda qoyun-quzu qan içində idi. Heyvanları sayarkən 3 baş qoyunun yerində olmadığını, 11 baş heyvanın ölü vəziyyətdə olduğunu, 8 baş isə yaralı qoyun olduğunu gördüm. Mənim təsərrüfatımda ilk dəfədir belə hadisə baş verir. Lakin əvvəlki illərdə kəndimizdə digər təsərrüfatlarda oxşar hadisələr olub. Ötən il qonşu təsərrüfatda canavarlar 7 baş heyvan aparmışdı. Hadisədən məlum olur ki, bu canavar tək gəlmir və sayları çoxdur. Sakinlərdən də kəndin yaxınlığında dəfələrlə canavarlar görən ölüb. Artıq bu vəziyyət təhlükəli hal alıb".
Qeyd edək ki, hadisədən sonra təsərrüfat sahibi kənd baytar həkiminə müraciət edib, ərazidə dezinfeksiya işləri aparılıb, yaralı heyvanlara isə vaksin vurulub.