Göyçayda canavarlar həyətə hücum etdi -yeddisini öldürdü, beşini yaraladı
    • 24-07-2019, 01:14
    • 823

Göyçayda canavarlar həyətə hücum etdi -yeddisini öldürdü, beşini yaraladı

Göyçayda canavarlar həyətə hücüm edib.


News24.az "Qafqazinfo"-ya istinadən  xəbər verir ki, hadisə gecə saatlarında Göyçayın Yekəxana kəndində baş verib. Kənd sakini Tamerlan İslamovun həyətinə soxulan vəhşi heyvanlar, fərdi təsərrüfatda olan qoyunlardan yeddisini öldürüb, beşini yaralayıb.

Yaralı qoyunlara quduzluq əleyhinə vaksinlər vurulub. Ölən xırda buynuzlular isə basdırılıb.