BQXK-nin nümayəndələri hərbi qulluqçularla görüşüb - FOTO
    • 11-04-2019, 13:48
    • 700

BQXK-nin nümayəndələri hərbi qulluqçularla görüşüb - FOTO

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə hərbi qulluqçular üçün Gəncə Zabitlər Evində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxış edib və onları  maraqlandıran sualları cavablandırıblar.