AAHM-da Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib
    • 6-04-2019, 13:34
    • 1 061

AAHM-da Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində  beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat XidmətindənNews24.az-a Tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Sülhməramlı qüvvələrlə əlaqələri, Beynəlxalq Humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, döyüşlərdə Beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinlənillib, brifinqlər təqdim olunub.

Şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxışlar edən BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları kursantların suallarını cavablandırıblar.