-
- 22-05-2019, 17:20
- 966
Hərbi birlikdə komandir müavinləri ilə seminar keçirilib
Təsdiq edilmiş döyüş hazırlığı planına əsasən hərbi birliyin tabeliyində olan hərbi hissə, tabor və bölük komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin iştirakı ilə “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin rolu” mövzusunda seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə fikir mübadiləsi aparılıb, müvafiq təkliflər irəli sürülüb, bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin üzərinə düşən vəzifələrdən danışılıb.
Müzakirələrdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Sumqayıt Hərbi Prokurorluğunun nümayəndələri iştirak ediblər.