-
- 3-01-2024, 22:09
- 298
Medvedyev Fransa XİN-in Belqorodla bağlı bəyanatına cavab verib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Xarici İşlər Nazirliyinin Ukrayna Silahlı Qüvvələrinin Belqoroda zərbəsini “özünümüdafiə hüququ” kimi qiymətləndirən bəyanatına cavab verib.
News24.az APA-ya istinadla xəbər verir ki, Medvedyev Fransa XİN nümayəndələrini “əclaf” və “idbar” adlandırıb və qeyd edib ki, ruslar fransızları heç vaxt sevməyiblər, çünki onlar ruslarla vuruşublar.
Qeyd edək ki, bir müddət əvvəl Fransa Xarici İşlər Nazirliyi Belqorodun atəşə tutulması nəticəsində 25 nəfərin ölməsi, yüzdən çox insanın yaralanmasını pisləməkdən imtina edib. Qurum Ukrayna Silahlı Qüvvələrinin kaset bombalarından istifadə etməsini “qanuni müdafiə hüququ” kimi qiymətləndirib.