-
- 29-11-2023, 14:32
- 284
İran XİN başçısına viza gec verildi, bu səbəbdən...
“ABŞ mənə və İran nümayəndə heyətinə bu gün səhər viza verib, ona görə də BMT Təhlükəsizlik Şurasının iclasında praktiki olaraq iştirak etmək mümkün olmadı”.
News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bugün jurnalistlərə açıqlamasında bildirib/
O, İran prezidenti İbrahim Rəisinin bu həftə Ankaraya səfərinin Qəzzadakı vəziyyət və atəşkəs prosesi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası səbəbindən təxirə salındığını da deyib:
“BMT Təhlükəsizlik Şurasının iclasına üzv dövlətlərin və İran kimi bəzi xüsusi ölkələrin xarici işlər nazirləri dəvət edilib. Həm mən, həm də türkiyəli həmkarım Hakan Fidan bu gün Nyu-Yorkda olmalı idik. Əsas prioritet Təhlükəsizlik Şurasının iclasıdır. Prezident Rəisi və Prezident Ərdoğan telefon danışığında Türkiyəyə səfərin bir neçə gün ərzində həyata keçirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə, Abdullahiyan əlavə edib.
Nəzrin