Azərbaycanın bu ərazilərinə qar yağacaq
    • 5-01-2024, 11:43
    • 230

Azərbaycanın bu ərazilərinə qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 06-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir, günün ikinci yarısından zəifləyəcək.

Azərbaycanın rayonlarında yanvarın 05-i gündüz qərb rayonlarından başlayaraq 06-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var.

Yanvarın 05-i axşamdan 06-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir.