Ukrayna milyonçusu Qazaxıstanda axtarışa verilib
    • 5-01-2024, 20:04
    • 288

Ukrayna milyonçusu Qazaxıstanda axtarışa verilib


Ukrayna milyonçusu Vadim Maşurov Qazaxıstanda axtarışa verilib.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə məlumat statistika orqanlarının portalında yerləşdirilib. Bildirilib ki, milyonçu Ukraynada qəsb, avtomobil və adam oğurluğu maddələri üzrə ittiham olunur. Axtarışın təşəbbüskarı Maliyyə Monitorinqi agentliyidir.

Qeyd edək ki, Vadim Maşurov "S-Group" piramidasının yaradıcılarından biridir.