SUDAN PREZİDENTİ HƏBS OLUNDU
    • 11-04-2019, 17:42
    • 999

SUDAN PREZİDENTİ HƏBS OLUNDU

Bir qrup hərbçi ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hərbi çevriliş Sudan Respublikasında baş verib. Çevriliş zamanı prezident Ömər əl-Bəşir həbs olunub. Bu haqda məlumatı Sudanın müdafiə naziri Avad bin Avf verib. O, iki il ərzində  hakimiyyəti hərbi şuranın idarə edəcəyini açıqlayıb və 1 ay ərzində ölkədə küçəyə çıxmaq qadağası qoyulduğunu deyib.