Netanyahu: Müharibəni dayandırmaq olmaz
    • 6-01-2024, 23:31
    • 176

Netanyahu: Müharibəni dayandırmaq olmaz

HƏMAS məhv edilənə və bütün girovlar azad olunmayana qədər İsrailin Qəzza zolağında müharibəsini dayandırmaq olmaz.

News24.az axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"İsrail Livanla sərhəddə gərginliyin qaldığı bölgədə təhlükəsizliyi bərpa etmək niyyətindədir. O vaxta qədər hər şeyi bir kənara qoyub, tam qələbə qazanana qədər birlikdə hərəkət etməyə davam etməliyik",- o bildirib.