"Meyxana məclislərinə yalandan gedirəm" - Orxan Lökbatanlı
    • 7-01-2024, 21:45
    • 399

"Meyxana məclislərinə yalandan gedirəm" - Orxan Lökbatanlı


"Vüqar gedəndən sonra mənim meyxanaya marağım söndü".

News24.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "İncə səhər" verilişində deyib.

O, həmkarlarının yoxluğu ilə barışa bilmədiyini və onlarsız məclislərin maraqsız olduğunu vurğulayıb: "Vüqardan sonra ikinci zərbəni Rəşadda aldım. İnanın ki, bu gün mən meyxana məclislərinə gedə bilmirəm, yalandan gedirəm. Qınamayın məni. Mən gedib orada özümü pis hiss edirəm, özümü narahat hiss edirəm. Mənim ruhuma yaxın olanlar yoxdur..."