-
- 25-01-2023, 16:22
- 610
“Kişi bunu daha rahat edir“ – Müğənni
“Şou proqramlara, toylara heç yarım saatlıq da getmirəm. Çünki özümü narahat hiss edirəm, rahat olmuram”.
News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz deyib. “Səhər mərkəzi” verilişində qonaq olan sənətçi toylara getməməyinin səbəbini açıqlayıb:
“Bilmirəm bu nə ilə əlaqəlidir. Filarmoniyanın, Opera və Balet teatrının səhnəsinə çıxıb ifamı səsləndirəndə daha rahat oluram. Səhnə mənimdir. Amma hər hansısa bir qohumumun xoş məclisinə gedəndə və orada çıxış edəndə çox çətin olur. Heç rahat olmuram. Özümü xoşbəxt hiss etmirəm. Belə məclislərdə gedib oxuyuramsa, sonra da ora getdiyimin peşmançılığını çəkirəm. Kişi sənətçilər üçün toy məclisində iştirak etmək daha rahatdır. Amma biz qadınlar üçün düşünürəm narahatdır”.