-
- 7-01-2024, 23:14
- 197
Eko-Sənaye Parkı yaradılacaq
Bakının Sabunçu rayonunda Eko-Sənaye Parkı yaradılacaq.-
News24.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, göllərin və torpağın ekoloji təmizlənməsi tədbirləri çirklənmiş torpaqların saxlanması və texniki emalı və təmizlənməsi üçün böyük ərazi sahələrinin ayrılmasını şərtləndirəcək. Bundan əlavə, əsas çirklənmə mənbələrinə yaxın sahələrdə fərqli ekoloji təsirləri olan müxtəlif bitkilərin əkini tələb olunacaq.
Bunları nəzərə alaraq, Böyükşor gölünün şimalında “Təmiz şəhər” ərazisinin yaxınlığında Eko-Sənaye Parkının yaradılması təklif olunur. Park eko sənaye sahəsi üçün vahid mərkəz formalaşdırmağa və bu sahədə fəaliyyət göstərən müxtəlif müəssisələr arasında əlaqələndirməni təmin etməyə imkan verəcək.
Bundan əlavə, Eko-Sənaye Parkı tikinti materiallarının istehsalı və tullantıların təkrar emalı üzrə davamlı / enerji baxımından səmərəli fəaliyyət göstərə biləcək yerli şirkətlərin yerləşdirilməsi üçün də uyğun olacaq.