Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib
    • 8-01-2024, 13:56
    • 275

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib.

News24.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” Ukraynanı bombalayıb.

Məlumata görə, Ukrayna səmasında Rusiyanın 11 “Tu-95MS” strateji bombardmançısı uçur. İnformasiyaya əsasən, Rusiyanın Xəzər dənizindəki bazasından Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. Məlumata görə, Krivoy Roq, Xarkov, Lvov, Ternopol, Vinnitsin, Zaporojye, Çerniqov istiqamətində də raketlər buraxılıb.

TASS-ın məlumatına əsasən, Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri Belqorod vilayəti üzərində Ukraynanın quru hədəfləri vurmaq üçün nəzərdə tutulan “S-200” zenit raketini zərərsizləşdirib.